"Real" "Çelsi"nin 4 futbolçusuna göz dikib

"Real" "Çelsi"nin 4 futbolçusuna göz dikib

"Real Madrid"in prezidenti Florentino Peres qarşıdakı illərdə komandanı gəncləşdirməyi planlaşdırır. 

Fanat.Az xəbər verir ki, "Çelsi"dəki problemlərdən faydalanmaq niyyətində olan futbol funksioneri London təmsilçisinin 4 futbolçusunu kral klubuna cəlb etməyi düşünür. 

Məlumatı "Fichajes" yayıb. Xəbərə görə, siyahıda müdafiəçi Ris Ceyms, yarımmüdafiəçilər Ruben Loftus-Çika və Meyson Maunt və sabiq "Real"lı Mateo Kovaçiç var. 

Son 3 ad "Çelsi" ilə müqaviləni yeniləməsə, 2024-cü ildə "Real Madrid"ə pulsuz keçə bilərlər.  

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər