Raul La Liqa klubunu çalışdıra bilər

Raul La Liqa klubunu çalışdıra bilər

"Real Madrid"in gənclərdən ibarət komandasını çalışdıran Raul Qonzales La Liqa klubunun baş məşqçisi ola bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.

Xəbərə görə, Raulun xidmətində çempionatın startındakı uğursuz nəticələr səbəbindən ispan mütəxəssis Kike Setyeni istefaya göndərən "Vilyarreal" rəhbərliyi maraqlıdır. Mənbə İspaniya millisinin sabiq hücumçusunun hələ qarşı tərəfə cavab vermədiyini vurğulayıb.

Qeyd edək ki, "Vilyarreal" bu mövsüm Avropa Liqasında mübarizə aparacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər