Ramiz Məmmədov: "Karvan" "Baku Sportinq"lə oyuna 80-90 faiz hazırdır"

Ramiz Məmmədov: "Karvan" "Baku Sportinq"lə oyuna 80-90 faiz hazırdır"

Sentyabrın 3-də 1-ci Liqada yeni mövsüm start götürəcək. Ötən "futbol ili"nin yekununda elita ilə vidalaşan "Karvan-Yevlax" bu turnirin əsas favoritlərindən sayılır. Ramiz Məmmədovun rəhbərlik etdiyi kollektiv ilk oyun günündə "Baku Sportinq"in qonağı olacaq. Məmmədovla əlaqə saxlayıb komandasını mövsümə nə dərəcədə hazır saydığını soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Komanda iyulun 17-dən məşqlərə başlayıb. İstədiyimiz heyəti formalaşdırmışıq. Üç-dörd legioner də transfer etmişik. "Karvan" "Baku Sportinq"lə oyuna 80-90 faiz hazırdır. İstər Birinci Liqa, istər İkinci Liqa, istərsə də Premyer Liqa komandalarına yeni mövsümdə uğurlar arzulayıram".

Qeyd edək ki, "Baku  Sportinq Arena"da baş tutacaq "Baku Sportinq" - "Karvan-Yevlax" qarşılaşması 17:00-da başlayacaq.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər