"Zirə", "Sabah" və "Sumqayıt"ın potensial rəqibləri bu gün bəlli olacaq

"Zirə", "Sabah" və "Sumqayıt"ın potensial rəqibləri bu gün bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Fanat.Az xəbər verir ki, tədbirdə Azərbaycanın üç təmsilçisinin - "Zirə", "Sumqayıt" və "Sabah"ın da potensial rəqibləri müəyyənləşəcək.

“Sabah” – “Makkabi” (Hayfa, İsrail) cütü səpələnmişlər, “Sumqayıt” – “Fehervar” (Macarıstan) və “Zirə” – “Dunayska Ştreda” (Slovakiya) cütləri isə səpələnməmişlər səbətində yer alacaq.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər