"Zenit" serb futbolçunu bu qiymətə alır

"Zenit" serb futbolçunu bu qiymətə alır

İtaliyanın "Torino" klubunun yarımmüdafiəçisi İvan İliç karyerasını Rusiyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, İliçin xidmətində maraqlı olan "Zenit" Turin klubu ilə apardığı danışıqları uğurla başa vurub. Bu transferin ruslara 25 milyon avroya başa gələcəyi, serb oyunçunun yeni klubunda bonuslar daxil olmaqla, ildə 5 milyon avro qazanacağı bildirilib.

Qeyd edək ki, 23 yaşlı İvan 2023-cü ilin qışından "Torino"da çıxış edir. Son mövsümdə A Seriyasında 31 matça çıxan orta xətt oyunçusu 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. İliçin İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər