"Zaqatala"nın vəfat edən futbolçusuyla bağlı yeni detallar - FOTO

"Zaqatala"nın vəfat edən futbolçusuyla bağlı yeni detallar - FOTO

"Zaqatala" klubunun nigeriyalı futbolçusu Maykl Umanyikanın vəfatıyla bağlı yeni təfərrüatlar məlum olub.

Sport7.az-a Zaqataladakı mənbələrdən daxil olan məlumatda bildirilir ki, futbolçu ötən mövsüm əyalət təmsilçisinin şərəfini qorusa da, yeni mövsüm üçün müqavilə bağlanmayıbmış. Mövsümün sonunda müqaviləsi bitdiyi üçün vətəninə yollanan futbolçu Zaqatalaya gəlib və onun məşqçilər tərəfindən yenidən baxışdan keçməsi nəzərdə tutulubmuş. Ötən il "Zaqatala"ya qoşulan futbolçuyla bir illik müqavilə imzalanıb və həmin vaxt Maykl Umanyika Bakıda yerləşən klinikaların birində tibbi müayinədən keçib. Müayinə zamanı Mayklda heç bir qüsur və ya xəstəlik aşkarlanmayıb.

Zaqatalaya qayıtdıqdan sonra kollektivlə birlikdə ilk məşqinə çıxan nigeriyalı cəmi 15 dəqiqə sonra yerə yıxılıb. Həkimlərin bütün səyinə baxmayaraq, onu həyatda saxlamaq mümkün olmayıb.

"Zaqatala"nın vəfat edən futbolçusuyla bağlı yeni detallar - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər