"Zaqatala" "Bərdə"yə məğlub oldu

"Zaqatala" "Bərdə"yə məğlub oldu

Yeni mövsümün hazırlıqlarına gec başlayan 1-ci Liqa təmsilçisi "Zaqatala" sınaq matçına çıxıb.

Fanat.Az xəbər verir ki, qarşılaşma səhər saatlarında Zaqatalada keçirilib.

Heyəti formalaşdırmağa çalışan meydan sahibləri 2-ci Liqa komandası "Bərdə" ilə qarşılaşıb. Görüş "Bərdə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Pro kateqoriyalı mütəxəssis Rüstəm Məmmədov bu yay "Zaqatala" ilə vidalaşıb. Onu Rakif Əliyev əvəzləyib. Sözügedən bölgə təmsilçisi qarşıdakı mövsümün hazırlıqlarına avqustda başlayıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər