"Zaqatala" qələbə qazandı, "Şəmkir" darmadağın etdi

"Zaqatala" qələbə qazandı, "Şəmkir" darmadağın etdi

I divizionda XXI turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Mərkəzi oyunda "Səbail" "Turan Tovuz"u qəbul edib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. "Qaradağ Lökbatan" "Şahdağ"ı 2:1, "Ağsu" "Energetik"i 2:0 hesabı ilə yenib, "Göyəzən" - "Şərurspor" matçı 3:3 hesabı ilə başa çatıb.

Tura bu gün keçrilən 3 oyunla yekun vurulub. Liderlər qrupunda yer alan “Şəmkir” yarışın autsayderi “Bakılı”nı 3 cavabsız qolla məğlub edib. MOİK-lə “Rəvan” arasında paytaxt derbisində tərəflər hərəyə 1 qolla 1 xal qazanıb. Turun son matçında isə “Mil-Muğan”la “Zaqatala” üz-üzə gəlib. Sonuncular səfərdən minimal hesablı qələbə ilə ayrılıb.

 

I divizion

2016/17 mövsümü

II dövrə, XIX tur

9 mart

Qaradağ Lökbatan - Şahdağ 2:1

Qollar: Sabir Allahquliyev, 6. Sergey Markelov, 76 - Elmar Yəhyabəyov, 84.

Energetik - Ağsu 0:2

Qollar: Ramil Əliyev, 26. Allahverdi Allahverdiyev, 44 (avtoqol).

Göyəzən - Şərurspor 3:3

Qollar: Orxan İsmayılov, 14; Ruslan Məmmədov, 15. Azad Böyükkişiyev, 80-pen - Rəsul Babazadə, 22; 63. Mətin Əbilsoy, 76.

Səbail - Turan Tovuz 0:0

10 mart

Bakılı - Şəmkir 0:3

Qollar: Elvin Mirzəyev, 47. Anar Babazadə, 83. Fərmayıl Əliyev, 90+2.

MOİK - Rəvan 1:1

Qollar: Aydın Qasımov, 6 - Məhəmməd Əliyev, 47.

Mil-Muğan - Zaqatala 0:1

Qol: Oruc Balaşlı, 77.

1. Turan Tovuz19144150-746

2. Səbail19132459-2041

3. Zaqatala19122556-2338

4. Şəmkir19121632-1637

5. Qaradağ Lökbatan19121644-2237

6. Ağsu19113545-1736

7. MOİK1985638-2129

8. Mil-Muğan1984727-2328

9. Şərurspor1974836-3325

10. Şahdağ1845921-3517

11. Rəvan19611224-4910

12. Energetik19231415-729

13. Göyəzən19141413-717

14. Bakılı18211521-727

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər