"Zaqatala" elita təmsilçisi ilə sınaq oyunu və legioner transferi planlaşdırır - AÇIQLAMA

"Zaqatala" elita təmsilçisi ilə sınaq oyunu və legioner transferi planlaşdırır - AÇIQLAMA

1-ci Liqa təmsilçisi "Zaqatala"nın milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilədən necə istifadə edəcəyi bəlli olub. 

Bu barədə Fanat.Az-a bölgə təmsilçisinin baş məşqçisi Rakif Əliyev məlumat verib:

"Sentyabrın 16-da "Karvan-Yevlax"la keçirdiyimiz səfər oyunundan (0:3) sonra uşaqlara 5 günlük istirahət vermişdim. Bu gün məşqləri bərpa edəcəyik. Bir yoxlama oyunu nəzərdə tutmuşuq. Əsas istəyimiz Premyer Liqa komandası ilə qarşılaşmaqdır. Bir neçə klubla danışıq aparırıq. 

Ola bilsin ki, yaxın vaxtlarda heyətimizə yeni bir legioner futbolçu qatdıq, amma hələ bu yöndə hər şey dəqiqləşməyib. Oktyabrın 8-nə qədər komandanın fiziki, eləcə də taktiki-texniki çatışmazlıqları üzərində işləyəcəyik. Fasilə bu planda yaxşı fürsətdir. Daha yaxşı "Zaqatala" formalaşdıracağıq".

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər