"Zaqatala" azarkeşlərindən kömək istədi

"Zaqatala" azarkeşlərindən kömək istədi

1-ci Liqada mübarizə aparan “Zaqatala” qarlı hava şəraitinə görə məşq edə bilmir.

Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi stadionun qardan təmizlənməsi üçün azarkeşlərdən kömək istəyib. Bununla bağlı klubun sosial şəbəkə hesabında paylaşım edilib:

“Əziz azarkeşlərimiz, Zaqatalaya yağan güclü qar səbəbi ilə Zaqatala Şəhər Stadionunun qazonu qarla örtülmüşdür. Bu səbəbdən komandamız məşqləri bərpa edə bilmir. Bu gün saat 13:30-dan etibarən klubumuzun üzvləri qarın təmizlənməsinə başlayacaq. Sizdən xahişimiz bizə dəstək olmağınız və bu çətin prosedurda bizə köməklik etməyinizdir.

Qeyd: Yardıma gələcək hər kəsdən təmizlik avadanlıqlarını özü ilə bərabər gətirməyi xahiş olunur!”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər