"Zalsburq"un baş məşqçisi azərbaycanlı fanatlardan danışdı

"Zalsburq"un baş məşqçisi azərbaycanlı fanatlardan danışdı

Avstriya "Zalsburq"unun baş məşqçisi Adolf Hütter Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək təkrar oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, mütəxəssis komandasının azarkeşlərinə səslənib.

O, qarşılaşmanın asan keçməyəcəyini dilə gətirib: "Çərşənbə günü Çempionlar Liqasının növbəti mərhələsinə yüksəlmək şansımız olacaq. Bizi çox çətin oyun gözləyir. Ancaq qalib gəlməliyik. Ümidvaram ki, azarkeşlərimiz bizi tək buraxmayacaq və Bakıda "Qarabağ"ın fanatlarının komandalarına göstərdikləri dəstəyi biz də öz pərəstişkarlarımızdan görəcəyik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər