"Neftçi" ilə oyundan sonra iki gün istirahət edən "Xəzər Lənkəran" hazırlıqlara başlayıb. Fanat.az xəbər verir ki, komanda bu gün Bakıda toplaşıb.
Günün yeganə məşqçi saat 11.00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutub. Mustafa Dənizli vətənində olduğu üçün komandanı məşqə köməkçisi Oğuz Çətin çıxarıb. Günorta saatlarında isə komanda Lənkərana yola düşüb.
Fanat.az