"Qəbələ" Topaz Premyer Liqasının III turunda "Qarabağ"a 1:2 hesabı ilə uduzub.
Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qəbələ klubunun baş məşqçisi Roman Qriqorçuk matç haqda fikirlərini səsləndirib.
Təcrübəli mütəxəssis məğlubiyyətə belə şərh verib: "Bugünkü məğlubiyyət bizim motivasiyamıza heç bir təsir göstərməyəcək. Bəzi səhvlərimizi gördüm. Ustalığımız yetmədi və bir çox fərdi səhvlərə yol verdik. Ustalıq çatmadısa, onu qısa müddətdə öyrənmək çətindi. Düzdü, səhvlərimiz üzərində işləyəcəyik. Amma ona əvvəlcədən sahiblənmək yaxşı olardı. Hamıya aid deyil, ustalıq "qab"da olmalıdı. Gənc futbolçularla bağlı çətinliyimiz var. Onlara inanıram və birlikdə çalışırıq. Əlimizdən gələn budu. Başqa gənclər görmürəm ki, onları dəvət edək və limitin tələblərinə cavab verək. Hakimlik barədə iradım yoxdu. Onlar oyunun yüksək səviyyədə keçməsi üçün hər şeyi etdilər. İdarəçilik əla idi".
Fanat.Az