Qadın voleybolçular arasında CEV Kubokunun 1/4 final mərhələsində daha 1 oyun keçirilib. Fanat.az xəbər verir ki, günün yeganə oyununda "Azərreyl" "Uraloçka"nı qəbul edib.
Voleybol Mərkəzində baş tutan qarşılaşma təmsilçimiz üçün istənilən nəticə ilə başa çatmayıb. Belə ki, "Azərreyl" ev oyununda 1:3 hesablı yenilgiyə üzülüb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü yanvarın 22-də Yekaterinburqda keçiriləcək.
CEV Kuboku
1/4 final
İlk oyun
15 yanvar
Azərreyl (Azərbaycan) - Uraloçka (Rusiya) 1:3 (25:22; 23:25; 13:25; 16:25)
Hakimlər: Marek Laqierski (Polşa), Tiran Şaino (İsrail).
Bakı, Voleybol Mərkəzi.
Fanat.az