"Tottenhem"in qiyməti açıqlandı: 1 milyard

"Tottenhem"in qiyməti açıqlandı: 1 milyard
Satışa çıxarılan "Tottenhem"in qiyməti açıqlanıb. Fanat.az xəbər verir ki, klubun sahibi Co Levis Premyer Liqa təmsilçisinə 1 milyard funt-sterlinq qiymət qoyub.
Lakin "Tottenhem" üçün bu qiymətin çox olduğu bildirilir. Mütəxəssislərin fikrincə, Şimali London klubunun dəyəri maksimum 400 min funt-sterlinqdi.
Heyətinin dəyəri təxminən 264 milyon avro olan klub ötən il Qaret Beyli "Real"a 90 milyon avroya satmışdı. "Tottenhem"in heyətində hazırda Hüqo Lloris, Jan Vertongen, Kile Valker, Mussa Dembele, Kristian Eriksen, Erik Lamela, Roberto Soldado kimi bahalı futbolçular var. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər