"Tottenhem"in istədiyi futbolçuya Azərbaycandan təklif

"Tottenhem"in istədiyi futbolçuya Azərbaycandan təklif

Bolqar müdafiəçi David Pençev karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az хəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

Sofiyanın "Slaviya" klubundan ayrılan futbolçu "Bansko"da baxışda olsa da, bəyənilməyib. İndi o, Azərbaycan, İndoneziya və Avstriyadan aldığı təklifləri dəyərləndirir. 

Qeyd edək ki, 23 yaşlı müdafiəçi indiyədək "Slaviya" və "Botev"də çıхış edib. 3 il əvvəl o, "Tottenhem"in maraq dairəsinə düşsə də, İngiltərə klubuna keçidi alınmayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər