"Tottenhem"in baş məşqçisi üzr istədi

"Tottenhem"in baş məşqçisi üzr istədi

"Komandamın göstərdiyi oyunda olduqca məmnunam. "Qarabağ" yaxşı komandadı. Evdə ilk dəfədi uduzur. Növbəti mərhələyə adladığımız üçün xoşbəxtik". Fanat.az xəbər verir ki, bu sözləri "Tottenhem"inin baş məşqçisi Maurisio Pokettino "Qarabağ"ı Bakıda 1:0 hesabı ilə yendikləri oyundan sonra deyib.

Argentinalı mütəxəssis noyabrın 29-da "Çelsi" ilə Argentina Premyer Liqası matçına yaxşı səviyyədə hazırlaşa bilməyəcəklərini, amma evə yüksək əhval-ruhiyyədə qayıdacaqlarını söyləyib. O, "Tottenhem"in növbəti mərhələyə vəsiqəni təmin etməsinə rəğmən, Fransa "Monako"su ilə son turun ev oyununa ciddi yanaşmayacaqları fikirlərini təkzib edib. Baş məşqçi "Monako"ya qarşı da əsas heyətlə qələbə üçün oynayacaqlarını vurğulayıb. 

Pokettino ilk yarının sonlarında "Qarabağ"ın futbolçusu yerdə olduğu halda, komandasının oyunu davam etdirməsindən narazı qaldığını bildirib. Amma onun fikrincə, həmin epizodda baş hakim oyunu davam etdirməli idi: "Təbii ki, mən də buna üzgünəm. Razı qalmadım. Futbolçunun yerdə qaldığı imkanda topu kənara atmaq mümkün deyildi. Mən yenə də təəssüf hissi keçirirəm. Üzr istəyirəm. Amma hakim də müdaxilə edə bilərdi. Əlavə etmək istəyirəm ki, Bakıda azarkeşlərin davranışı bizim üçün müsbət mənada sürpriz oldu".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər