İngiltərənin "Tottenhem" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, London təmsilçisi Vinsent Yansseni transfer edib.
Bu keçid üçün ingilislər "Az Alkmaar" klubuna 20 milyon avro ödəyib. Hücumçu ilə 4 illik sözləşmə imzalanıb.
Xatırladaq ki, 22 yaşlı hücumçu ötən mövsüm Hollandiya çempionatında meydana çıxdığı 34 oyunda 27 qol vuraraq bombardir olub.
Fanat.az