"Tottenhem" baş məşqçi Andre Villaş-Boaşla yollarını ayırıb. Fanat.az xəbər verir ki, bu gün London təmsilçisinin idarəçiləri ilə gənc çalışdırıcı arasında görüş baş tutub. Qarşılıqlı razılaşmaya əsasən, portuqaliyalı mütəxəssis postundan azad edilib.
Villaş-Boaş 2012-ci ilin iyul ayından “Tottenhem”ə rəhbərlik edirdi. O, “Çelsi”dən ayrıldıqdan sonra London klubunun “sükanı arxası”na keçmişdi. "Tottenhem" dünən evdə "Liverpul"a 0:5 hesabı ilə uduzub və bu rəhbərliyin səbr kasasını daşıran son damla olub.
Qeyd edək ki, “Tottenhem” hazırda 27 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb və lider “Arsenal”dan 8 xal geri qalır.
Fanat.az