İngiltərə Liqa Kubokunda III turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Tottenhem" "Arsenal"ı qəbul edib.
Hesabı 26-cı dəqiqədə qonaq komandadan Matyu Flamini açıb. 56-cı dəqiqədə Kalum Çambersin avtoqolu "Tottenhem"i sevindirib. Lakin "Arsenal" qələbə qolunu vura bilib. 78-ci dəqiqədə dublunu rəsmiləşdirən Matyu Flamini komandasına qələbə qazandırıb - 2:1.
“Anderlext” isə Belçika Kubokunun 1/16 final mərhələsində aşağı liqa təmsilçisi “Şpuven-Mopertingen”i qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Anderleхt"in heyətində 65-ci dəqiqədə Yuri Tilemans (penalti), 89-cu dəqiqədə Leander Dendonker və 90+2-ci dəqiqədə Matias Suares fərqləqib.
Fanat.az