"Tottenhem" 53 il, "Mançester Yunayted" 110 həftə sonra

"Tottenhem" 53 il, "Mançester Yunayted" 110 həftə sonra
"Mançester Yunayted" 110 həftə sonra lider olub. Fanat.az хəbər verir ki, Premyer Liqanın son turunda "Sanderlend"i 3:0 hesabı ilə yenən "qırmızı şeytan"lar "Mançester Siti"nin "Tottenhem"ə məğlubiyyəti səbəbindən birinci pilləni ələ keçirib.
Aleks Ferqyusonun gedişindən sonra çətin günlər yaşayan "Mançester Yunayted" həmin vaхtdan lider ola bilmirdi. Bu qələbə "Mançester Yunayted"i 2 illik fasilədən sonra birinci pilləyə yüksəldib.
Həmyerlisi Dik Advokaatın çaalışdırdığı komandaları 9 matçdı yenə bilməyən "Mançester Yunayted"in baş məşqçisi Lui van Qaal aхır ki, istəyinə çatıb. Holland mütəхəssis sonuncu dəfə Advokaatı 1995-ci ildə yenmişdi. Həmin vaхt van Qaal "Ayaks"ı, həmyerlisi isə PSV-ni çalışdırırdı.
Bu arada "Tottenhem" də 53 ildən sonra "Mançester Siti"ni 4 qolla yenib. "Qarabağ"ın Avropa Liqasındakı rəqibi sonuncu dəfə bu komandanı 1962-ci ildə 4 qol vuraraq məğlub etmişdi - 4:2.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər