"Tiraspol" erməni futbolçunu Bakıya gətirmir

"Tiraspol" erməni futbolçunu Bakıya gətirmir
"Tiraspol" erməni futbolçusunu Bakıya gitirməyəcək. Fanat.az xəbər verir ki, "İnter"in Avropa Liqasındakı rəqibi Artyom Xaçaturovu siyahıdan çıxarıb.
"İnter"ə göndərilən ilkin siyahıda Ermənistan yığmasının üzvünün də adı olub. Lakin "Tiraspol" rəhbərliyi sonradan onu ölkəmizə gətirməmək qərarı verib. Bundan azarkeşlərin etirazından çəkinən "İnter" rəhbərliyinin də rolu olub.
Qeyd edək ki, Moldovada doğulan Artyom 2010-2013-cü illərdə "Şerif"də çıxış edib. 2013-cü ildə "Tiraspol"a keçən 22 yaşlı müdafiəçi ötən mövsüm 19 oyunda 1 qol vurub. Xaçaturov Ermənistan yığmasında iki oyun keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər