"Təklifləri dəyərləndirməyə hazıram" - "Baku Sportinq"in sabiq çalışdırcısı

"Təklifləri dəyərləndirməyə hazıram" - "Baku Sportinq"in sabiq çalışdırcısı

"Hələ yeni mövsümə harada başlayacağım dəqiqləşməyib".

Bunu Fanat.Az-a açıqlamasında geridə qalan mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü pillədə başa vuran "Baku Sportinq" çalışdırıcısı postunu tərk edən Röyal Nəcəfov deyib.

Buzovna təmsilçisinin yeni müqavilə təklifini rəhbərliklə hədəfləri üst-üstə düşmədiyi üçün geri çevirən mütəxəssis əlavə edib: "Hazırda həm Biricni Liqa, həm də İkinci Liqa komandalarından çağırışlar var. Danışıqlar gedir. Hələ heç nə rəsmiləşməyib. Ciddi hədəfi, strategiyası olan klubda işləmək istəyirəm. Təklifləri dəyərləndirməyə hazıram". 

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər