"Sumqayıt"ın "Fehervar"la oyunlarına necə baxaq?

"Sumqayıt"ın "Fehervar"la oyunlarına necə baxaq?

"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”a qarşı keçirəcəyi oyunları yerli telekanallardan hansının yayımlayacağı dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ın bu rəqiblə hər iki duelini ekranlara "CBC Sport" daşıyacaq.

Qeyd edək ki, tərəflər arasında ilk matç iyulun 25-də Sumqayıtda keçiriləcək və saat 20:00-da başlayacaq.

Cavab görüşü isə iyulun 31-də Sekeşfehvarda olacaq. Sözügedən qarşılaşmaya isə  Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər