"Sumqayıt"ın KL oyunlarını yayımlayacaq telekanal dəyişdi

"Sumqayıt"ın KL oyunlarını yayımlayacaq telekanal dəyişdi

Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"a qarşı keçirəcəyi oyunlar "CBC Sport" telekanalında  yayımlanmayacaq.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Həm ev matçı, həm də səfər görüşünü əvvəlcədən açıqlandığı kimi "CBC Sport" deyil, "İdman TV" ekrankara daşıyacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" qarşılaşması iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda  keçiriləcək və saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı isə iyulun 31-də Macarıstanda oynanılacaq və saat 21:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər