Topaz Premyer Liqasının XXIX turunda "Qəbələ"nin qonağı olacaq "Simurq" Zaqatalada hazırlıqları tamamlayıb. Fanat.az xəbər verir ki, dünən növbəti məşqinə çıxan komanda iki saatdan artıq çalışmaları davam etdirib.
Tam heyətlə hazırlıqları davam etdirən Georgi Çixradze yetirmələri bu gün qarşılaşmanın keçiriləcəyi meydançada son tapşırıqları yerinə yetirəcək. Bundan sonra istirahətə çəkilərək oyunun başlama saatını gözləyəcək.
Qeyd edək ki, aprelin 9-da baş tutacaq "Qəbələ" - "Simurq" oyunu saat 19.00-da start götürəcək.
Fanat.az