"Simurq" Ukraynadan futbolçu gətirdi

"Simurq" Ukraynadan futbolçu gətirdi
"Simurq" Ukraynadan futbolçu gətirib. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, "Çernomorets"də (Odeassa) çıxış edən 1995-ci il təvəllüdlü Sərxan Allahverdiyev Zaqatala klubunun düşərgəsinə gəlib.
Şəmkirli ata və Odessalı ananın övladı olan Sərxan yarımmüdafiənin sol və sağ cinahında çıxış edə bilir. Mütəxəssislər onun perspektivini yüksək qiymətləndirirlər. Artıq “Simurq”un heyətində bir neçə məşqə çıxan futbolçu ilə bağlı qərar yaxın günlərdə veriləcək.
Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev əməkdaşımızla söhbətində bildirib ki, futbolçu özünü yaxşı tərəfdən göstərərsə, onunla müqavilə imzalanacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər