"Simurq" "Beşiktaş"la qarşılaşacaq

"Simurq" "Beşiktaş"la qarşılaşacaq

Avstriyada hazırlıqları davam etdirən "Simurq" iyulun 24-də daha bir yoldaşlıq görüşünə çıxacaq. "Simurq"un bu dəfəki rəqibi Türkiyənin dörd ən böyük klublarından biri olan "Beşiktaş" olacaq. Qarşılaşma iyulun 24-də keçiriləcək.

Bu Zaqatala təmsilçisinin Avstriyada yoldaşlıq görüşü keçirəcəyi ikinci Türkiyə klubu olacaq. Bu gün komanda "İstanbul BB" ilə oynayacaq. 27-də isə "Simurq"un sonuncu rəqibi Super Liqa təmsilçisi "Kayserispor"olacaq. Qeyd edək ki, "Simurq" - "Beşiktaş" oyunun başlama saatı Bakı vaxtı ilə 21:00 nəzərdə tutulub. Qarşılaşma Türkiyə kanallarından biri ilə canlı yayımlanacaq

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər