"Şeytan" "Liverpul"u uddu, "Çelsi" çətin qələbə qazandı - VİDEO

"Şeytan" "Liverpul"u uddu, "Çelsi" çətin qələbə qazandı - VİDEO
İngiltərə Premyer Liqasında XXX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, turun mərkəzi oyununda "Liverpul" "Mançester Yunayted"i qəbul edib.
Kapitan Stiven Cerardın meydandan qovulduğu oyunda "Liverpul" 1:2 hesabı ilə yenilib. "Mançester Yunayted"in heyətində Xuan Mata dubl edib, Ueyn Runi penaltidən yararlana bilməyib. "Liverpul"un qoluna isə Daniel Stürridge imza atıb.
Lider "Çelsi" "Hall Siti"nin qonağı olub. London klubu ilk 9 dəqiqədə 2:0 hesablı üstünlük əldə etsə də, 26-28-ci dəqiqələrdə iki qol buraхıb. Lakin 77-ci dəqiqədə Loik Remi qələbə qolunu vura bilib - 2:1.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər