"Səbail"lə oyunda 2 xal itirdik" - "Baku Sportinq"in məşqçisi

"Səbail"lə oyunda 2 xal itirdik" - "Baku Sportinq"in məşqçisi

1-ci Liqanın 8-ci turunda "Baku Sportinq"in qonağı olan "Səbail" səfərdə qələbə qazana bilmədi - 0:0. 

Meydan sahiblərinin məşqçisi Röyal Nəcəfov matçın ardından fikirlərini Fanat.Az-a bölüşdü. 

"Liderlərdən birinə qarşı mübarizə aoardıq. Bizi ağır oyun gözlədiyini bilirdik. Matça yaxşı hazırlaşmışdıq. Bunu meydanda da sübut etdik. "Səbail"dən üstün oynadıq. Üstün olan, yüzfaizli qol epizodları yaradan tərəf biz idik. Təəssüf ki, qol vura bilmədik. Şəxsi fikrim belədir ki, "Səbail"lə oyunda 2 xal itirdik. Amma 1 xala görə də məyus deyilik. Komanda əzmkar oyun göstərdi, mübarizə apardı. Qazandıqları xala, apardıqları mübarizəyə, göstərdiyi əzmkarlığa görə komandama təşəkkürümü bildirirəm".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər