1-ci Liqa təmsilçisi "Səbail"in milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə dönəmi üçün hazırlıq planı müəyyənləşib. Bu barədə klubun mətbuat sözçüsü Rəşad Məmmədov Fanat.Az -a məlumat verib: "Komanda hazırlığa başlayıb. Məşqlər Bakı Olimpiya Stadionunda keçirilir. Fasilə dövründə 1 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Görüş oktyabrın 1-i və ya 2-də təşkil olunacaq. Gün hələ tam bəlli deyil. Amma rəqibin "Şimal" olacağı dəqiqdir". Qeyd edək ki, "dənizçilər" ilk 3 turda 7 xal qazanıblar və turnir cədvəlində 3-cü yerdədir. Açılış turunda səfərdə "Xankəndi" ilə 1:1 hesablı bərabərliyə razılaşan "Səbail" ardından evdə "Mingəçevir"ə (2:1) və son oyunda qonaq qismində "Baku Sportinq"ə (1:0) qalib gəlib. Paytaxt təmsilçisi 4-cü turda "Karvan-Yevlax"ı qəbul edəcək. 1-ci liqaya üç turda maksimum nəticə əldə edən "Şahdağ Qusar" liderlik edir. Mirağa
"Səbail"in sınaqçı-rəqibinin adına aydınlıq gəldi
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:07
12.10.2026
"Karvan"a qarşı mübarizəyə komanda şəklində hazırıq" - "Gəncəbasar"ın vingeri
Azərbaycan futbolu
17:35
12.10.2026
"Ümid edirəm ki, "Sabah" ÇL-dəki ilk ev oyununda ilk uğurlu nəticəsinə imza atacaq" - Samir Əliyev
Azərbaycan futbolu
17:17
12.10.2026
“Kəpəz” - “Zirə” matçının biletləri satışa çıxarıldı
Azərbaycan futbolu
17:03
12.10.2026
"Ardıcıl məğlubiyyətlər bu komandada müəyyən inamsızlıqlar yaradır" - Rüstəm Məmmədov