"Şaxtyor" dağılır: 6 futbolçu Ukraynaya dönmədi

"Şaxtyor" dağılır: 6 futbolçu Ukraynaya dönmədi
Ukraynadakı siyasi gərginlik və müharibə futbola təsirini davam etdirir. Fanat.az xəbər verir ki, son ölkə çempionu "Şaxtyor" ciddi problemlə üzləşib.
Mirça Luçeskunun başçılıq etdiyi komandanın 6 üzvü Lion "Olimpik"i ilə oyundan sonra Ukraynaya dönməkdən imtina edib. "Canal+"in məlumatına görə, braziliyalılar - Aleks Texeyra, Fred, Dentinyo, Duqlas Kosta və argentinalı Fakundo Ferreyra Ukraynaya uçan təyyarəyə minməyib. Onların bu addımı atmasına səbəb isə bir neçə gün əvvəl Malaziya-Hollandiya reysi ilə uçan təyyarənin Ukrayna səmasında vurulması olub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər