"Şahdağ Qusar" "Mingəçevir"i sınaq matçında "kötəklədi"

"Şahdağ Qusar" "Mingəçevir"i sınaq matçında "kötəklədi"

Qısa istirahətdən sonra sentyabrın 21-də məşqlərini bərpa edən 1-ci liqa təmsilçisi "Şahdağ Qusar" bu gün yoxlama oyunu keçirib. Fanat.Az xəbər verir ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi Qusar təmsilçisi Binə qəsəbə stadionunda digər 1-ci Liqa komandası "Mingəçevir"lə üz-üzə gəlib. Saat 11:00-da başlayan görüş "Şahdağ"ın 8:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xatırladaq ki, ilk 3 turda maksimum nəticə göstərən "Şahdağ Qusar" 1-ci Liqanın turnir cədvəlinin zirvəsində mövqe tutub. 1 xala malik "işıqçılar" isə 8-ci sıradadır. Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər