"Şahdağ Qusar" anqolalı futbolçu ilə gücləndi

"Şahdağ Qusar" anqolalı futbolçu ilə gücləndi

Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar" heyətini anqolalı futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayib.

Bölgə təmsilçisi son olaraq Finlandiyanın "Kokkolan" klubunda çıxış edən yarımmüdafiəçi Aqostinyo Çipesseni transfer edib.

O, karyerası ərzində Portuqaliyanın "Jil Visente", "Vilaverdense", "Vilanovenses" klublarında oynayıb. Futbolçu ilə "5 ay+1" illik müqavilə imzalanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər