"Safonov Donnarummanı rəqabətdə üstələyir" - Fransa millisinin sabiq futbolçusu

"Safonov Donnarummanı rəqabətdə üstələyir" - Fransa millisinin sabiq futbolçusu

Fransa millisinin sabiq müdafiəçisi Vensan Kandela rusiyalı qolkiper Matvey Safonovla italiyalı qapıçı Canluici Donnarummanın PSJ-dəki rəqabətindən danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "RB Sport" belə çatdırıb:

"Hazırda Safonov Donnarummanı rəqabətdə üstələyir. Matveyin çıxışını Fransada çox yüksək qiymətləndirirlər. Amma Canluicinin təcrübəsi çoxdur və onu ehtiyatda saxlamaq asan iş deyil. Bütün hallarda, hər şey məşqçinin qərarından asılıdır".

Xatırladaq ki, Matvey cari mövsüm Paris təmsilçisinin forması ilə 3 oyuna çıxıb. Sözügedən "çərçivə" qoruyucusu bu matçların ikisində qapısını toxunulmaz saxlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər