İtaliyanın iki nəhəng klubu "Yuvenstus" və "Roma" arasında arasında danışıqlar gedir.
Fanat.Az xəbər verir ki, bu barədə "La Reppublica" məlumat yayıb.
Xəbərə görə, hər iki klubun nümayəndələri Kostas Manolasın transferi ilə bağlı görüşüblər.
Leonardo Bonuççinin "Milan"a keçidikdən sonra müdafiəçi axtarışında olan "goca sinyora" ümidi "Roma"nın üzvünə bağlayıb. Romalılar 26 yaşlı futbolçunu 40 milyon avroya satmaq niyyətindədirlər.
Qeyd edək ki, Kostas Manolas "Zenit"ə keçəcəkdi, lakin sonradan anlaşma baş tutmayıb.
Fanat.Az