“Yuventus” “Roma”nın yarımmüdafiəçisi Leandro Paredesi heyətinə qatmaqda maraqlıdı. Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, ölkəmizdə də kifayət qədər azarkeşi olan Turin təmsilçisi argentinalıya görə 25 milyon avro ödəməyə hazırdı.
22 yaşlı yarımmüdafiəçini “canavarlar”dan qoparmaq isə o qədər də asan olmayacaq. Sərgilədiyi futbolla diqqətləri üzərinə çəkən cənubi amerikalıda “Çelsi”, “Arsenal” və “Mançester Yunayted” kimi İngiltərə nəhənglərinin də gözü var.
“Roma”nın mövqeyinə gəlincə, paytaxt klubu Paredesi 25 milyona satmağın əleyhinə deyil. Sadəcə, argentinalını istəyən daha 5 milyon avronu bonus şəklində xərcləməyə hazır olmalıdı.
Fanat.Az