"Rəvan" - "Bakı": yenə darmadağın olacaq?

"Rəvan" - "Bakı": yenə darmadağın olacaq?
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, "Bakı" yarımfinala vəsiqə uğrunda "Rəvan"ın qonağı olacaq.
Rəqiblər indiyədək kubokda bir dəfə qarşılaşıb. 2 mövsüm əvvəl 1/8 finalda qarşılaşan komandaların duelinin taleyini penaltilər seriyası həll etmişdi. Belə ki, matçın əsas vaxtı 0:0 hesabı ilə bitmiş və “Bakı” penalti seriyasında mərhələ adlamışdı - 3:2.
Qeyd edək ki, komandalar cari mövsümdə Premyer Liqada artıq 3 dəfə qarşılaşıb və "Bakı" rəqibini iki dəfə darmadağın edib. Belə ki, paytaxtın eyni adlı təmsilçisi həmşəhərlilərini 5:0 və 5:1 hesabı ilə yenib. Bir qarşılaşma isə sülhlə bitib - 0:0.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər