"Rəvan" - "Bakı": məşqçi fikirləri

"Rəvan" - "Bakı": məşqçi fikirləri
Premyer Liqanın XXXVI turunun "Rəvan" - "Bakı" (2:3) məşqçilər fikirlərini bildirib: 
Güvənc Kurtar ("Rəvan"ın baş məşqçisi): “Çox vacib oyuna çıxdıq, rəqibin kimliyindən asılı olmayaraq, mütləq qalib gəlməli idik. Təəssüf ki, ilk hissənin ortalarında qapımızdan qol buraxdıq. Rəqib futbolçu bizim oyunçuya qarşı kobud oynadı, hakim birbaşa qırmızı vərəqə ilə cəzalandırmalı idi, lakin heç nə vermədi. Bundan sonra oyun barəsində heç nə danışmaq istəmirəm. Oyunun taleyini hakim dəyişdi”.
Milinko Pantiç (“Bakı”nın baş məşqçisi): “Mövsümün son oyununu qələbə ilə başa vurduğumuz üçün şadam. “Rəvan” üçün üzülürəm, istərdim ki, Premyer Liqada qalsınlar. Onlara gələcəkdə uğurlar arzulayıram. Gənc futbolçumuz Tural Qürbətovun qol vurması məni sevindirdi. Ümid edirəm ki, gələcəkdə də bizə çox fayda verəcək. Heyətdəki bəzi futbolçularımız komandadan gedəcək. Əfarn İsmayılovun bizimlə müqaviləsi davam edir”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər