"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

Dünən 1-ci Liqada yeni mövsüm start götürdü. İlk oyun günündə iddialı MOİK öz meydanında çempionluğa əsas namizədlərdən sayılan "Şahdağ Qusar"a 0:1 hesabı ilə məğlub oldu. "Hərbçilər"in baş məşqçisi İlham Yadullayevlə əlaqə saxlayıb yenilgini dəyərləndirməsini istədik. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Çempionatın birinci oyununun ağır keçəcəyini bilirdik. Rəqimiz də güclü idi. Məğlub olduq. Oyundan təbii ki, razı qalmadım. Planlaşdırdığımız kimi alınmadı. İstədiyimiz oyunu sərgiləyə bilmədik. Rəqib bizdən üstün oynadı və qələbə qazandı". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər