"Rəhbərliyi məyus etməmək üçün hər şeyi edəcəyəm" - Roman Qriqorçuk

"Rəhbərliyi məyus etməmək üçün hər şeyi edəcəyəm" - Roman Qriqorçuk

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk klubla müqaviləsini 2017-ci ilədək uzatmasına dair fikirlərini bölüşüb. 50 yaşlı mütəxəssis "Futbol 2" telekanalına açıqlamasında hazırkı rəhbərliklə çalışmaqdan məmnun olduğunu bildirib. 

O, həmin insanları məyus etməmək üçün hər şeyi edəcəyini vurğulayıb: "Rəhbərliyin istəyini yerinə yetirməkdən ötrü bütün gücümü və ürəyimi qoyacağam. Məqsədimiz bir il ərzində sıçrayıb atəş açan yox, daim ən yüksək səviyyədə çıxış etməyə qadir komanda yaratmaqdı".("Report")

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər