"Real"ın əfsanəsi La Liqa klubundan təklif aldı - SON DURUM

"Real"ın əfsanəsi La Liqa klubundan təklif aldı - SON DURUM

"Real"ın əfsanəvi futbolçusu Raul Madrid klubunu tərk edə bilər.

Fanat.Az xəbər verir ki, hazırda "Kastilya"ya rəhbərlik edən ispaniyalı mütəxəssis La Liqa klubunu çalışdıra bilər.

Bu barədə AS nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, Raulla "Sevilya" ciddi maraqlanır. Təklif şirnikləşdirici olsa, mütəxəssis Madridin gənclər komandasını tərk edə bilər.

“Real” klubunun rəhbərliyi də komandanın keçmiş kapitanına hörmətlə yanaşır və o, ayrılmaq istəsə, qərarını qəbul edəcəklər.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər