"Real Madrid" bu yay transfer etdiyi Kilian Mbappenin Fransa millisinin sentyabrdakı oyunlarında iştirak etməsini istəmir.
Fanat.Az xəbər verir ki, informasiyanı "RMC Sport" yayıb.
Xəbərə görə, "Kral klubu"nun rəhbərliyi ulduz hücumçunun dincəlməyə böyük ehtiyacının olduğunu düşünür.
Qeyd edək ki, Mbappe La Liqanın ilk iki turunda məhsuldar göstəricilərlə yadda qalmayıb. İspaniya nəhəngi bu gün 3-cü turu çərçivəsində "Las-Palmas"la üz-üzə gələcək.
Nihat