"Real Madrid" La Liqa tarixində bunu bacaran ilk komanda oldu

"Real Madrid" La Liqa tarixində bunu bacaran ilk komanda oldu

Real Madrid" La Liqa tarixində 5000 xal toplayan ilk komanda olub.

Fanat.Az xəbər verir ki, paytaxt komandası bu uğuru ölkə çempionatının XVII turundan təxirə salınmış oyunda "Valensiya"ya qalib gələrək (2:1) reallaşdırıb.

"Kral klubu" 5000 xalı 94 mövsümə yığa bilib. Komanda ümumilikdə 1833 qələbə qazanıb, 6526 qol vurub.

Qeyd edək ki, “Barselona” (4887) və “Atletiko” (Madrid) (4018) “Real”ın ən yaxın izləyiciləridir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər