"Real Madrid" bu ulduzun transferi üçün üç oyunçusunu satmağa qərar verdi - SON DURUM

"Real Madrid" bu ulduzun transferi üçün üç oyunçusunu satmağa qərar verdi - SON DURUM

"Real Madrid" nəyin bahasına olur olsun, "Bayern Münhen" və Fransa millisinin yarımmüdafiəçisi Maykl Olisenin transferini həyata keçirməyə çalışır. 

Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi bunun üçün nəhəng büdcə ayırıb.

"El Nacional"-ın sosial media hesabının məlumatına görə, "Kral klubu"nun rəhbərliyi fransız oyunçu üçün təklif olunan məbləği performans bonusları da daxil olmaqla 213 milyon avroya qədər artırmağa hazırdır.

Bu müqaviləni maliyyələşdirmək və heyəti yenidən qurmaq üçün Madrid rəhbərliyi üç oyunçu ilə ayrılmağa hazırlaşır. İddiaya görə, bu səbəbdən Eduardo Kamavinqa, Alvaro Karreras və Din Höyseni saymağı planlaşdırır. Bu oyunçuların satışı ilə Olisenin transfer xərcləri ödənilməlidir.

Maykl Olise ötən mövsüm 52 matçda meydana çıxıb, 22 qol vurub və 31 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər