"Quba" ilə anlaşan Sultanov Bakıya niyə qayıdıb? - SON DURUM

"Quba" ilə anlaşan Sultanov Bakıya niyə qayıdıb? - SON DURUM

2-ci Liqa təmsilçisi "Quba"nın prezidenti Ayaz Abdullayevdən narazı olduqları üçün 10-dan çox futbolçunun bölgə komandasını tərk etdiyi, eləcə də sözügedən komandanın baş məşqçi Elvin Həsənovun artıq "Şəki Siti" ilə anlaşdığı bəllidir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəhbərlik Həsənovun yerinə 1-ci Liqa təmsilçisi "Baku Sportinq"in sabiq çalışdırıcısı Elman Sultanovu gətirmək qərarını verib.

Sultanov Qubaya yollansa da, komandada 5-6 oyunçu qaldığını görərək bu sayda futbolçunu məşqə çıxarmağın mənasız olduğunu bildirib və Bakıya qayıdıb. Sultanov sözügedən kollektivi Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq  matça - "Xankəndi" ilə oyuna yalnız o halda çıxara bilər ki, heyətdə yetərli sayda futbolçu olsun. Mövcud vəziyyəti nəzərə alsaq, "Quba"nın qarşıda matçda iştirak etməyərək texniki məğlubiyyət alacağı daha realdır.

Xatırladaq ki, "Quba" - "Xankəndi" qarşılaşması oktyabrın 10-da keçirilməlidir.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər