"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

Azərbaycanın iki iddialı klubu - "Qarabağ" və "Sabah" heyətini gücləndirmək üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, hər iki klub Banqladeş milli komandasının və "Lester Siti"nin yarımmüdafiəçisi Həmzə Çaudri ilə yaxından maraqlanır.

Son məlumatlara görə, "Sabah" futbolçunu icarəyə götürmək üçün artıq İngiltərə təmsilçisi ilə danışıqlara da start verib.

Şərtlər razılaşdırılarsa, təcrübəli dayaq yarımmüdafiəçisini bu mövsüm Azərbaycan Premyer Liqasında izləyə bilərik.

Qeyd edək ki, maliyyə çətinlikləri yaşayan "Lester Siti"də futbolçuların maaşlarının gecikdirildiyi bildirilir və bu amil transferin gerçəkləşmə ehtimalını daha da artırır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər