"Qalatasaray"ı çempion edərəm" - Türk məşqçi

"Qalatasaray"ı çempion edərəm" - Türk məşqçi
Bu gün keçiriləcək toplantıda "Qalatasaray"da yeni bir dönəmin başlanacağı gözlənilir.
Fanat.Az xəbər verir ki, hollandiyalı çalışdırıcı Riekerinkin istefaya göndəriləcəyi heç kimdə şübhə doğurmur. Bu arada müxtəlif namizədlərin də adı klubla yanaşı çəkilir.
Qatıldığı bir televiziya proqramında Yılmaz Vural özünü "Qalatasaray" rəhbərliyinə təqdim edib: "Dəfələrlə "Qalatasaray"ın oyununu stadiondan izləmişəm. Komandanın problemlərini yaxışı bilirəm. Onların həlli üçün də proqramım var. Bu komandanı mənə tapşırsalar, mövsümün sonunda "Qalatasaray"ı çempion edərəm".
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər