"Qalatasaray" daha bir ulduzu İstanbula gətirdi - FOTO

"Qalatasaray" daha bir ulduzu İstanbula gətirdi - FOTO

Transferin son günlərində heyətindəki boşluqları doldurmağa çalışan "Qalatasaray" daha bir futbolçu alır. Fanat.Az xəbər verir ki, İstanbul klubu Kolbeinn Siqtorssonu transfer edir.

Məlumata görə, "Nant"ın futbolçusu isə artıq anlaşma əldə olunub. 26 yaşlı forvard ötən axşam İstanbula gəlib. Bu gün tibbi müayinədən keçəcək futbolçu ilə ən geci sabah axşama qədər - transferin son saatlarına qədər müqavilə imzalanacaq.

"Qalatasaray" daha bir ulduzu İstanbula gətirdi - FOTO

Qeyd edək ki, Kolbeinn Siqtorsson peşəkar karyerasına Hollandiyanın "Alkmaar" klubunda başlayıb. 2011-ci ildə 4 milyon avro qarşılığında "Ayaks"a transfer olunan hücumçu bu komandada 4 mövsüm forma geyinib (107 oyun, 35 qol). 2015-ci ildə 3,8 milyona "Nant"a keçən futbolçu Fransa klubunun heyətində indiyədək 31 oyun keçirib və 4 qol vurub. 

Kolbeinn Siqtorsson karyerası ərzində 4 kubok qazanıb. 2012, 2013 və 2014-cü illərdə "Ayaks"la Hollandiya çempionu olan futbolçu 2013-də Super Kuboka da sahib çıxıb.

26 yaşlı hücumçu 2010-cu ildən İslandiya millisinə çağırılır. Bu müddətdə 44 oyun keçirib və 22 qol vurub. O, komandanın heyətində "AVRO-2014"ün iştirakçısı olub. Turnirdə 5 oyuna çıxan futbolçu 2 qola imza atıb. 

Kolbeinn Siqtorsson böyük qardaşı Andri Siqtorsson da futbolçu olub. Hazırda 39 yaşında olan və karyerasını bitirən böyük Siqtorsson "Molde" və "Salzburq"da forma geyinib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər