Türkiyə Super Liqasında mövsümün ilk derbisi baş tutub. Fanat.Az xəbər verir ki, V tura təsadüf edən derbi matçında "Beşiktaş" "Qalatasaray"ı qəbul edib.
3 illik fasilədən sonra qonaq azarkeşlərin stadiona buraxıldığı matçın ilk yarısı "Qalatasaray"ın üstünlüyü şəraitində keçib. 8-ci dəqiqədə Eren Derdiyok "Cim-Bom"u hesabda önə keçirib. 44-cü dəqiqədə isə Bruma gözəl qolla qonaqların üstünlüyünü iki topa çatdırıb.
70-ci dəqiqədən sonra özünə gələn "Beşiktaş" iki qol vuraraq hesabı bərabərləşdirə bilib. 73-cü dəqiqədə Marselo, 5 dəqiqə sonra Rikardo Kuareşma fərqlənib. Oyun 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, aktivində 11 xal olan "Qalatasaray" və "Beşiktaş" 2-3-cü pillələri bölüşür. Turnir cədvəlinə isə 13xalla "Başakşəhər" başçılıq edir.
Fanat.Az